“Ölkə ərazisində ədəbi-bədii mühitin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması aparılan dövlət siyasətinin vacib kompanentlərindən biridir” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilib
03 mart 2023 | 14:08
Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkə ərazisində ədəbi-bədii mühitin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması aparılan dövlət siyasətinin vacib kompanentlərindən biridir” mövzusunda növbəti ideoloji maarifləndirmə görüşü keçirilib.
Görüş Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları ilə keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Qasımova, Rayon Gündoğar qəzetinin redaktoru Bədirə Niftəliyeva və mədəniyyət müəssisəsinin kollektivi iştirak edib.
Görüş Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev geniş nitq söyləyərək bildirib ki, bütün xalqların milli özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Azərbaycanın zəngin tarixi irsinin, maddi mədəni abidələrinin qorunub saxlanılması, ədəbi mühitinin dərindən araşdırılıb inkişaf etdirilməsi, beynəlxalq aləmdə tanıdılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin əhəmiyyəti ölçüyəgəlməzdir. Bu istiqamətdə aparılan işlərin bilavasitə Ölkə Başçısı cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın nəzarətində olması görülən işlərin effektiv və keyfiyyətlə icra olunmasını şərtləndirməkdədir.
Görüşdə çıxış edənlər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Gülxanım Abdulhüseynovada öz növbələrində çıxış edərək müzakirə edilən mövzunun aktuallığından söz açmış və Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan Heydər Əliyev Fondunun Azərbaycanın ədəbi-bədii mühitinin inkişaf etdirilməsinə, eyni zamanda milli məqsədlərin reallaşdırılmasına müstəsna töhfələr verdiyini görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüş mövzu ətrafında iştirakçıları maraqlandırılan sualların cavablandırılması və müzakirələr aparılması ilə davam etdirilib.