Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkə Başçısı cənab İlham Əliyevin misilsiz dövlətçilik fəaliyyəti, müasir Azərbaycan gəncləri üçün əsl vətənpərvərlik və liderlik örnəyidir” mövzusunda ideoloji maarifləndirmə tədbiri keçirilmişdir

16 noyabr 2023 | 17:49

Neftçala rayonunda Rayon İcra Hakimiyyəti tərəfindən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayon Gənclər və İdman Sektorunda “Ölkə Başçısı cənab İlham Əliyevin misilsiz dövlətçilik fəaliyyəti, müasir Azərbaycan gəncləri üçün əsl vətənpərvərlik və liderlik örnəyidir” mövzusunda ideoloji maarifləndirmə tədbiri keçirilmişdir.

Görüş 16 noyabr 2023-cü il tarixində Neftçala rayon Gənclər və İdman Sektorunun kollektivi, bir qurup məşqçi müəllimlər arasında keçirilmişdir.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vasif Əliyev, Neftçala rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, bir qurup məşqçi müəllimlər iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz ruhunu bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan edilmişdir.
Tədbirdə iştirak edən Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Vasif Əliyev geniş nitq söyləyərək Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, gənclərə daim dəstək olan, güvənən, onlara liderlik keyfiyyətlərini aşılayan Prezident cənab İlham Əliyevin 20 illik siyasi hakimiyyəti dövründə Azərbaycanın misilsiz inkişaf yolu qət etdiyini və bu dövrdə ölkə başçısının xalqa verdiyi vədlərin, qarşıya qoyulmuş hədəflərin bütünlüklə yerinə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Sonra tədbirdə iştirak edən Neftçala rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, Neftçala rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Elxan Həsənov, idmanın ağır atletika növü üzrə dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olmuş, məşqçi müəllim Kənan Xəlilovda çıxış edərək Azərbaycan gənclərinin hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçildiyini və bu proseslərin məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə daha da inkişaf etdiyini diqqətə çatdırmış,Vətən Müharibəsi zamanı sağlam və vətənpərvərlik ruhunda yetişmiş Azərbaycan gəncliyinin öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırmışlar.
Çıxışlardan sonra tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilmişdir.
Keçidlər