Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi tərəfindən “İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib
Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi tərəfindən “İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi Ramilə İmanlının təşəbbüsü ilə Xıllı qəsəbə F.Quliyev adına 2 nömrəli tam orta məktəbdə “İnternet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə öz fəallığı ilə seçilən məktəblilər iştirak edib. Tədbir zamanı Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi R.İmanlı təqdimatla çıxış edərək, internetin faydaları, internetdən istifadə zamanı yetkinlik yaşına çatmayan şəxslərin üzləşə biləcəyi problemlər, təhlükəsizlik qaydalarına riayət etmək haqqında, kiberhücumların tipləri və s. barədə məlumat verib. Mövzu ətrafında şagirdlərlə müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.