Neftçalada Novruz bayramında şəhid ailələri, qazilər və aztəminatlı ailələr ziyarət olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilməsini nəzərə alaraq Novruz bayramında şəhid ailələri, Vətən müharibəsi qaziləri və bir qrup aztəminatlı ailələr ziyarət olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun müvafiq tövsiyyə və tapşırıqlarına əsasən RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri şəhid ailələrinin, qazilərin yaşadığı evlərə bayram günlərində baş çəkilib. RİH-in başçısının tapşırığı ilə şəhidlərimiz dəfn olunduğu rayonun bütün ərazisini əhatə edən məzarlıqlarda, xatirə lövhələrində, abidə komplekslərində geniş miqyaslı iməcliklər keçirilib.
Görüş zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların döyüş yolundan danışılıb, bayram təbrikləri çatdırılıb, qayğıları öyrənilib və çətinlikləri dinlənilib.
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqlarına uyğun olaraq dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün qanuna müvafiq tədbirlər görürlər.
Şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən onlara göstərilən diqqət, qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.