Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda növbəti maarifləndirici görüş keçirilib

03 noyabr 2025 | 17:01

03 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılıqları ilə şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclər arasında “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda silsilə maarifləndirici görüşlərdən olan növbəti tədbir rayonun Yuxarı Qaramanlı kənd tam orta ümumtəhsil məktəbində  təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, inzibati ərazi nümayəndəsi və bələdiyyə sədri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, yeniyetmə və gənclər, təhsil ictimaiyyəti iştirak ediblər.

İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, II qrup Vətən müharibəsi əlili Yusif Abdullayev,  I Qarabağ müharibəsi şəhidi Mübariz Hüseynovun həyat  yoldaşı Fərqanə Hüseynova, kənd Ağsaqqallar Şurasının sədri Nazim Sayılov,  Yuxarı Qaramanlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini icra edən Gülnar Dadaşova, Vətən müharibəsi iştirakçısı, Azərbaycan dili və ədəbiyyat müəllimi Elnur Mirzəmmədov, ibtidai sinif müəllimi Samirə Həsənova  qeyd ediblər ki,  8 Noyabr – Zəfər Günü xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən biridir. 44 günlük Vətən müharibəsi xalqımızın sarsılmaz iradəsini, Vətənə sonsuz sevgisini bir daha nümayiş etdirdi. Şəhidlərimizin canı, qazilərimizin fədakarlığı hesabına əldə edilən bu qələbə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır.

Müstəqil Azərbaycan gəncliyinin əsas vəzifəsi bu müqəddəs tarixi unutmamaq, dövlətinə, torpağına və bayrağına sədaqətlə xidmət etməkdir. Qeyd olunub ki, bu gün hər bir azərbaycanlının borcu şəhidlərin canı bahasına azad edilən torpaqlarda həyatın yenidən canlanması, dövlətimizin güclənməsi və üçrəngli bayrağımızın daim ucalarda dalğalanması üçün çalışmaqdır.

 Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyaları ilə çıxış ediblər.

 

 

Keçidlər