Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilməsilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və İodico Məhdud Məsuliyyətli Cəmiyyətin dəstəyi ilə Neftçala şəhərində növbəti ağacəkmə aksiyası keçirilib və 300-dən çox ağac əkilib.
Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in əməkdaşları, İodico Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Rəşad Xəlilov, İodico MMC-n əməkdaşları, könüllülər və ictimaiyyət nümayəndələri iştirak edib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ölkəmizdə keçiriləcək COP 29 –a dəstək, ekoloji vəziyyətin sağlamlaşdırılması, o cümlədən ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeni yaşıllıq zolaqlarının salınması və ekoloji mühitin qorunması istiqamətində tədbirlərin görülməsi il ərzində davam etdiriləcəkdir.
Ağacəkmə aksiyasının sonunda xatirə şəkili çəkilib.