Neftçalanın Astanlı kəndində Qədimkənd Bələdiyyəsi tərəfindən görülən işlər
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də əsas istiqamət kimi götürülür. Neftçala rayonunun Qədimkənd bələdiyyəsi də bu dövlət siyasətinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində mühüm işlər görür.
Belə ki, bələdiyyənin balansında olan yolların saxlanılması və cari təmirinin təşkili daim diqqət mərkəzində saxlanılır. Bələdiyyə tərəfindən Astanlı kəndində Yurd küçəsinin 500 metrlik hissəsinə çınqıl materialı tökülərək hamarlanma işləri aparılıb və nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişli şərait yaradılıb.
Bələdiyyə yalnız infrastruktur sahəsində deyil, eyni zamanda sosial müdafiə istiqamətində də fəaliyyətini davam etdirir. Belə ki, bələdiyyə ərazisində olan, Astanlı kənd sakini olan bir aztəminatlı ailənin sosial vəziyyətinin yaxşılaşdırılması üçün birdəfəlik maddi yardım göstərilib.
Qədimkənd bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.







