Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalalı alim Prezident cənab İlham Əliyev tərəfindən təltif olunub

06 noyabr 2025 | 15:40

Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2025-ci il tarixdə imzaladığı Sərəncama əsasən, elm sahəsində xüsusi xidmətləri olan bir qrup alim dövlət mükafatlarına layiq görülüb.
Prezidentin imzaladığı Sərəncamla  Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, Professor Əsədov Mirsəlim Mirələm oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Neftçala Rayon İcra Hakimiyyəti olaraq rayon ictimaiyyəti adından hörmətli alimimizi bu yüksək dövlət mükafatı ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, elmi yaradıcılığında yeni nailiyyətlər və fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Keçidlər