Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçaladan Türkiyəyə qardaş köməyi

13 fevral 2023 | 15:06
6 fevral 2023-cü il tarixində baş verən silsilə zəlzələr zamanı Türkiyənin bir çox vilayətlərində zərərçəkən qardaşlarımıza kömək məqsədilə Neftçala rayon sakinlərinin fəallığı ilə müxtəlif yardımlar toplanıb və Türkiyəyə yola salınıb.
Yola salma mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyəti və könüllülər iştirak edib.
Türkiyəyə zəlzələdən əziyyət çəkən qardaşlarımıza kömək məqsədilə müxtəlif geyim və paltarlar, ərzaq məhsulları və bir çox adda dərman preparatları göndərilib.
Neftçala rayon sakinləri adından Türkiyədə zərərçəkən qardaşlarımıza səbr diləyirik və dünyadan köçənlərə rəhmət diləyirik.
Keçidlər