Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Azad edilən torpaqlarımız – Tarixi Zəfərimizin nişanəsidir” adlı tədbir keçirilib

06 noyabr 2025 | 20:00

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Neftçala Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Azad edilən torpaqlarımız – Tarixi Zəfərimizin nişanəsidir” adlı slayd təqdimatlı tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ziyalılar və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Neftçala Rayon Heydər Əliyev Mərkəzinin  direktoru Könül Məmmədova Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, xalqımızın qəhrəmanlıq və birliyindən danışıblar. Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda cənab Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan böyük Qələbə dünyada geniş əks-səda doğurub və azad edilən torpaqlar ölkəmizin suverenliyinin və milli qürurunun rəmzinə çevrilib. Tarixi Zəfərin və milli rəmzlərimizin dövlətçiliyimizdəki önəmi xüsusi vurğulanıb.

Tədbirdə Neftçala Rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Rəmiziyyə Nəcəfovanın təqdimatında hazırlanan slaydlarda işğal dövründə erməni vandalizminə məruz qalmış tarixi və mədəniyyət abidələri, eləcə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verilib.

Tədbirdə S. İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən “Azad şəhərlərimizə həsr olunmuş” bədii kompozisiya nümayiş etdirilib, Vətən müharibəsində əldə olunan qələbəyə həsr olunmuş videoçarx təqdim olunub.

Keçidlər