Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Xəzər dənizi sahilində növbəti təmizlik aksiyası keçirilib

13 avqust 2026 | 09:15

Neftçala Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Xəzər Günü” çərçivəsində Neftçala rayonunda Xəzər dənizinin sahil ərazisində növbəti təmizlik aksiyası keçirilib.

Aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul şəxsləri, eləcə də Neftçala Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları iştirak ediblər.

Tədbirin əsas məqsədi Xəzər dənizinin sahil zonalarının və dəniz suyunun məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, tullantıların düzgün idarə olunması ilə bağlı əhalinin maarifləndirilməsi, ətraf mühitin mənfi təsirlərdən qorunmasına töhfə verilməsi, həmçinin Xəzər dənizində və sahilboyu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun artırılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsindən ibarət olub.

Aksiya zamanı sahilboyu ərazidə toplanan tullantılar ərazidən yığışdırılaraq aidiyyəti üzrə daşınıb.

Qeyd olunub ki, Xəzər dənizinin və sahilyanı ərazilərin ekoloji mühafizəsinin təmin olunması yalnız müvafiq qurumların deyil, həm də hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.

Rayon sakinlərinə və qonaqlara ətraf mühitin, xüsusilə Xəzər dənizinin sahil ərazilərinin təmizliyinin qorunması, tullantıların müəyyən olunmuş yerlərə atılması və ekoloji qaydalara riayət edilməsi tövsiyə olunur.

Keçidlər