Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində abadlıq işləri davam etdirilir

11 mart 2026 | 18:37

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala rayonunda infrastrukturun yenilənməsi və şəhər mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə Neftçala rayonunun Heydər Əliyev prospektində mövcud olan işıqlandırma sistemində yaranan problemlərin aradan qaldırılması məqsədilə müvafiq işlər həyata keçirilib.

Aparılan işlər çərçivəsində prospekt boyunca elektrik təsərrüfatı yenilənib, köhnə və yararsız vəziyyətdə olan elektrik xətləri sökülərək yeni elektrik xətti çəkilib. Eyni zamanda işıqlandırma sistemində mövcud nasazlıqlar aradan qaldırılıb, küçə işıqlandırması tam şəkildə bərpa olunub.

Görülən tədbirlər nəticəsində Heydər Əliyev prospektində gecə saatlarında işıqlandırmanın keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, sakinlərin və sürücülərin hərəkət təhlükəsizliyi təmin olunub.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində abadlıq-quruculuq və infrastruktur layihələrinin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.

 

Keçidlər