Neftçalada Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə növbəti ağacəkmə aksiyası keçirilib
Neftçalada 03 noyabr 2025-ci il tarixində Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon üzrə fəaliyyət göstərən idarə-müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər. Ağacəkmə aksiyası Neftçala Bayraq Meydanında təşkil olunub. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı Bayraq Meydanının ərazisində yeni ağaclar əkilərək suvarılıb, eləcə də ağaclara aqrotexniki qulluq göstərilib.
Ümumilikdə aksiya zamanı Neftçala Bayraq Meydanının xususi ayrılmış hissəsinə küknar və şam ağacları əkilmişdir.
Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.







