Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Qələbəyə aparan sağlamlıq” adlı görüş keçirilib

05 noyabr 2025 | 12:55

“Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə “Qələbəyə aparan sağlamlıq” adlı tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, xəstəxana kollektivi, səhiyyə sahəsində çalışan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Görüşdən öncə xəstəxanada yaradılmış Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş guşəyə baxış keçirilib, şəhidlərin ruhuna ehtiram əlaməti olaraq gül dəstələri düzülüb.

 İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Elman Quliyev açaraq 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanlığından bəhs edib. O, həmçinin Vətən müharibəsində sağlamlıq imkanlarını itirən qazilərə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.

Çıxış edənlər – Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, antiterror əməliyyatında şəhid olan Camal Səmədovun anası Şəfiqə Səmədova, Vətən müharibəsi iştirakçısı, həkim-stomatoloq Üzeyir Hüseynov, Vətən müharibəsi iştirakçısı, xəstəxananın təsərrüfat işçisi İsrail Səmədov, cərrahiyyə şöbəsinin baş tibb bacısı Aidə Əliyeva Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu vurğulayıb, şəhidlərimizin göstərdiyi igidlik və Vətən sevgisinin daim gənc nəslə örnək olacağını, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.  Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının cəmiyyətimizdə həmrəyliyin və mənəvi dəyərlərin möhkəmlənməsində mühüm rol oynadığı söyləyiblər. Ölkənin sağlamlıq sektorunda çalışan hər bir əməkdaşın üzərinə düşən məsuliyyətdən, xüsusilə müharibə dövründə səhiyyə işçilərinin göstərdiyi fədakar xidmətdən söz açıblar.

Tədbir zamanı Neftçala rayon səhiyyə işçilərinin Həmkarlar İttifaqı Şurasının sədri, həkim Nəcibə Abdullayeva tərəfindən hazırlanmış son 5 il ərzində görülən işlərin təqdimatı keçirilib, Vətən müharibəsi dövründə yaralılara göstərilən tibbi xidmətləri və müharibəyə həsr olunmuş məqamları əks etdirən videoçarx nümayiş olunub.

 

Keçidlər