Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Novruz tonqalı yandırılıb

19 mart 2026 | 22:59

Neftçala rayonunda Novruz bayramı münasibətilə bayram tonqalı rayon sakinlərinin geniş iştirakı ilə təntənəli şəkildə yandırılıb.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib, milli adət-ənənələrə uyğun olaraq bayram əhval-ruhiyyəsi yaşanıb. Tonqal ətrafında təşkil olunan mərasimdə Novruzun birlik, həmrəylik və yenilənmə rəmzi olduğu bir daha vurğulanıb.

Bayram tədbiri yüksək əhval-ruhiyyə ilə keçmiş, sakinlərə xoş anlar bəxş edib.

Keçidlər