Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Milli Mətbuatın 149 illiyi qeyd olunub

22 iyul 2024 | 17:58

22 iyul 2024-cü il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, ”Gündoğar” rayon qəzetinin və Mərkəzi Rayon Kitabxanasının təşkilatçılığı ilə Neftçalada  Milli Mətbuatımızın yaranmasının 149 illiyinə həsr olunman ümumrayon tədbiri keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, ”Gündoğar” rayon qəzetinin, uzun müddət jurnalistika sahəsində çalışmış veteran  mətbuat işçiləri, ziyalılar,  şairlər, yazarlar və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, o, cümlədən torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına .əhid olan hərbi qulluqçuların, vəfat edən mətbuat işçilərinin  əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.

Giriş sözü ilə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri vəzifəsini müvəqqəti icra edən, şöbə müdirinin müavini Vasif Əliyev ilk öncə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rayonumuzun mətbuat işçilərinə olan təbrikini oxuyub və onları peşə bayramları münasibətilə təbrik edib.

Çıxış edən natiqlər “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftaliyeva,  uzun müddət mətbuat sahəsində çalışan veteran mətbuat işçiləri və ziyalılar çıxış edərək Milli Mətbuatımızın 149 illik zəngin və şərəfli yoluna nəzər salıblar, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan söz açıblar, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya media nümayəndələri adından minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda “22 İyul-Milli Mətbuat Günü münasibətilə və rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə “Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftaliyevaya Neftçala Rayon İcra Hakimiyyəti başçısının təşəkkürnaməsi təqdim edilib.

Keçidlər