Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada məşğulluq proqramlarının icrası və işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə edilib

06 sentyabr 2022 | 10:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Neftçala Rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlərlə görüş keçirilib.
Görüşdə İcra Hakimiyyəti tərəfindən Neftçala rayonunda Ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlər, Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri barədə işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
İşə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi qaydası, digər məşğulluq tədbirləri, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili haqqında təqdimatlar edilib, işgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Sonda Agentliyin fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.
Keçidlər