Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada məktəblilər üçün açıq havada yol hərəkəti qaydalarına dair əyani təlim keçirilib

30 aprel 2026 | 10:31

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə elan edilmiş “Şəhərsalma və Memarlıq ili” çərçivəsində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Neftçalada maarifləndirici tədbirlər davam etdirilir.

Bu məqsədlə 29 aprel 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun, Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, Uşaq Səfirlər Məclisinin Neftçala rayon nümayəndələrinin birgə təşkilatçılıqları ilə uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi sahəsində biliklərinin artırılması, onların gündəlik həyatda düzgün davranış vərdişlərinə yiyələnməsinin təmin olunması məqsədilə Neftçala şəhəri ərazisində “Yol hərəkəti qaydalarını” öyrənək adlı maarifləndirici əyani təlim təşkil olunub.

Təlimdə Neftçala Rayon İcra Hakimiyyəti və Dövlət Yol Polisi əməkdaşları, məktəblilər və müəllim kollektivi iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, müasir şəhərsalma prosesində yol hərəkətinin təhlükəsiz təşkili prioritet məsələlərdən biridir və bu istiqamətdə maarifləndirmə işlərinin erkən yaşlardan aparılması xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, uşaqların yol hərəkəti qaydalarını praktik şəkildə öyrənməsi onların gələcəkdə təhlükəsiz və məsuliyyətli yol hərəkəti iştirakçısı kimi formalaşmasına müsbət təsir göstərir.

Əyani təlim zamanı Dövlət Yol Polisi əməkdaşları tərəfindən məktəbin qarşısında xüsusi olaraq yaradılmış imitasiya olunmuş yol şəraitində şagirdlərə piyadaların hərəkət qaydaları, piyada keçidlərindən düzgün istifadə, svetofor siqnallarının mənaları və yol nişanlarının əhəmiyyəti ətraflı izah edilib. Eyni zamanda, nəqliyyat vasitələrinin hərəkəti zamanı diqqət edilməli təhlükəsizlik qaydaları real situasiyalar üzərində nümayiş etdirilib.

Sonda məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb və onlara gündəlik həyatda ehtiyatlı olmaları üçün müvafiq tövsiyələr verilib.

Keçidlər