Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Konstitusiyamız uşaqların gözü ilə” adlı tədbir keçirilib

13 noyabr 2026 | 11:31

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə və “Uşaq Hüquqları aylığı” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiyamız uşaqların gözü ilə” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən bələdiyyə, təhsil, səhiyyə müəssisələrinin nümayəndələri, Uşaq Səfirlər Məclisinin rayon üzrə təmsilçiləri, rayon ağsaqqalları,  eləcə də ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulunun 31-ci ildönümünə, eləcə də uşaq hüquqlarının müdafiəsinə və bu sahədə həyata keçirilən dövlət siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamızın müstəqil dövlətçiliyimizin hüquqi təməli olduğunu və insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının ali dəyər kimi təsbit edildiyini vurğulayıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilərək, bu gün suverenliyi tam bərpa olunmuş Azərbaycanın Konstitusiyasının işğaldan azad edilmiş bütün torpaqlarımızda tam hüquqi qüvvəyə malik olduğu və üçrəngli Dövlət Bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə və Xocalıda qürurla dalğalandığı diqqətə çatdırılıb. Eyni zamanda uşaqların keyfiyyətli təhsil alması, sağlamlığının qorunması, təhlükəsiz mühitdə yaşaması və cəmiyyətin ictimai həyatında fəal iştirakının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu qeyd olunub. Həmçinin təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, hüquq-mühafizə orqanlarının və yerli icra strukturlarının uşaq hüquqlarının müdafiəsi və yetkinlik yaşına çatmayanlar arasında hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində koordinasiyalı fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Sonda gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının, öz hüquq və vəzifələrini dərindən mənimsəməsinin sağlam gələcəyin təminatı olduğu və hər bir uşağın dövlət qayğısı ilə əhatə olunmasının ümumi məqsəd təşkil etdiyi bildirilib.

 

Keçidlər