Neftçalada aztəminatlı ailələrin övladları üçün bayram aksiyası keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Avropa Azərbaycan Məktəbində təhsil alan şagirdlərin və onların valideynlərinin birgə təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Neftçala rayonunda yaşayan 4–10 yaş arası bir qrup aztəminatlı ailələrin, şəhid ailələrinin və müharibə iştirakçılarının övladları üçün ümumilikdə 300 ədəd bayram hədiyyəsi hazırlanaraq rayon ərazisində uşaqlara təqdim olunub.
Sosial məsuliyyət və humanist dəyərlər əsasında təşkil edilən bu xeyriyyə aksiyasının əsas məqsədi aztəminatlı ailələrin övladlarına bayram sevincini yaşatmaq, onların cəmiyyət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha hiss etdirmək olub. Aksiya uşaqlar üçün xoş və unudulmaz anlarla yadda qalıb, əsl bayram əhval ruhiyyəsi yaşadıb.
Xeyriyyə aksiyasının ərsəyə gəlməsində əməyi olan Avropa Azərbaycan Məktəbinin kollektivinə təşəkkür edirik.







