Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada 27 sentyabr “Anım Günü” qeyd olunub

27 sentyabr 2023 | 14:08
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala şəhərində, Rayonun müxtəlif qəsəbə və kəndlərində “Anım Günü” tədbirləri geniş şəkildə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.
İlk öncə Neftçala şəhərində Şəhidlər Xiyabanındakı 20 yanvar hadisələri, Birinci Qarabağ döyüşləri, atəşkəs dövründə, Vətən müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularının məzarları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.
Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər və saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçidlər