“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala şəhərinin Bayraq Meydanı ərazisində abadlıq və yenidənqurma işləri davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə elan olunan 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala rayonunda abadlıq və quruculuq istiqamətində nəzərdə tutulan tədbirlərin icrası ardıcıl olaraq davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına daim xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Neftçala rayonunda da infrastrukturun yenilənməsi və şəhər mühitinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər həyata keçirilir.
Aparılan təmir-bərpa işləri çərçivəsində Neftçala şəhərinin Bayraq Meydanı ərazisində sıradan çıxan 12 ədəd işıq plafonu yenisi ilə əvəz olunub, 4 işıqlandırma dirəyi arasında kabel xətti bərpa edilib. Həmçinin meydanın işıqlandırma sisteminin yaxşılaşdırılması məqsədilə 40 ədəd 9 vt gücündə yeni LED lampalar quraşdırılıb.
Bundan əlavə, işıqlandırma sisteminin daha etibarlı və dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə dirəkləri birləşdirən 30 metr uzunluğunda 2,5 mm ölçülü yeni mis kabel xətti çəkilib.
Görülən işlər nəticəsində Bayraq Meydanı ərazisində nəzərdə tutulan tədbirlər tam şəkildə yekunlaşdırılıb.







