Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonununda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonun Qaraqaşlı Bələdiyyəsi Şorkənd kəndində yol infrastrukturunu təkmilləşdirir

11 mart 2026 | 15:18

Neftçala rayonunun Qaraqaşlı Bələdiyyəsi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan regionların sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli infrastruktur layihələrini həyata keçirir.

Bələdiyyənin balansında olan yolların saxlanılması və cari təmirinin təşkili daim diqqət mərkəzində saxlanılır. Şorkənd kəndində yerləşən əhalinin sıx istifadəsində olan küçənin 250 metrlik hissəsinə çınqıl materialı tökülərək hamarlanma işləri aparılıb və nəticədə əhalinin, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb.

Qaraqaşlı Bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həllinə, vətəndaş məmnunluğunun artırılmasına və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətini davam etdirəcək.

Bu təşəbbüslər, xüsusilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, yerli özünüidarəetmə orqanlarının əhaliyə xidmət keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində həyat şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələri göstərir.

 

Keçidlər