Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun Xol Qaraqaşlı kəndində ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib

04 noyabr 2023 | 10:50

Neftçala rayonunun Xol Qaraqaşlı kəndində ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib.

Neftçala rayonunun Xol Qaraqaşlı kəndində Xol zonası üzrə ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib.
İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə qazandığı uğurlar haqqında, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan ərazilər, strateji yüksəkliklər, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad olunması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir ərazidə yerləşən ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən təqdim olunan kompozisiyalarla davam edib.
Keçidlər