Neftçala rayonunun Xol Qaraqaşlı kəndində fəaliyyət göstərən Xol Qaraqaşlı Bələdiyyəsi tərəfindən görülmüş işlər
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətə uyğun olaraq, Xol Qaraqaşlı Bələdiyyəsi tərəfindən yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Xol Qaraqaşlı kəndi ərazisində abadlıq və təmizlik işləri genişləndirilib, kəndində ərazisində yerləşən Şəhidlər abidəsinin ətrafı təmizlənərək abad vəziyyətə gətirilib, parkın ətrafına çəkilən dəmir məhəccərlər yenidən rənglənib, Xol Qaraqaşlı və Mürsəqulu kənd qəbiristanlıqları təmizlənib, ərazilərdə səliqəyə salınıb. Qəbiristanlıqların ətrafında yerləşən kollektor-drenaj şəbəkəsi lildən və kol-kosdan təmizlənərək su axınının normal fəaliyyəti təmin edilib.
Bələdiyyə sosial müdafiə sahəsində də fəaliyyətini davam etdirib. Belə ki, Xol Qaraqaşlı kənd sakini olan aztəminatlı bir ailənin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə birdəfəlik maddi yardım göstərilib.
Xol Qaraqaşlı Bələdiyyəsi bundan sonra da dövlətimizin başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf və rifah siyasətinə uyğun olaraq yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.







