Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun Xol Qarabucaq kəndində yerli bələdiyyə tərəfindən müvafiq işlər görülüb

23 fevral 2026 | 16:02

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda regionların sosial-iqtisadi inkişafı, yol infrastrukturunun yenilənməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasət yerli özünüidarəetmə orqanlarının fəaliyyətində də əsas istiqamət kimi götürülür. Neftçala rayonunun Xol Qarabucaq bələdiyyəsi də bu dövlət siyasətinə uyğun olaraq öz səlahiyyətləri çərçivəsində mühüm işlər görür.

Belə ki, bələdiyyənin balansında olan qurunt sularının axıdılması üçün nəzərdə tutulan kollektor- drenaj sisteminin istismar vəziyyətinin yaxşılaşdırılması, lildən və kol-kosdan təmizlənməsi, həmçinin cari təmirinin təşkili daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilmiş tədbirlər çərçivəsində Xol Qarabucaq kənd qəbiristanlığının ətrafında və kənd əhalisinin ümumi istifadəsində olan kollektor- drenaj sisteminin 200 metr hissəsi lildən və kol-kosdan təmizlənib, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə su ötürücü qurğuların hərəkət hissəsinə çınqıl materialı tökülərək hamarlanma işləri aparılıb və nəticədə nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişli şərait yaradılıb.

Xol Qarabucaq bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən inkişaf və sosial rifah siyasətinə uyğun olaraq, yerli əhəmiyyətli məsələlərin operativ həlli, vətəndaş məmnunluğunun artırılması və yaşayış məntəqələrində infrastrukturun daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Keçidlər