Şriftin ölçüsü :

Saytın rəngi :

Avtomobil yollarının yenidən qurulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb

13 iyun 2022 | 15:43
Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz min) manat ayrılması ilə əlaqədar SƏrəncam imzalayıb.
Neftçala rayon sakinləri adından cənab Prezident İlham Əliyevə təşəkkür edirik.
Ətraflı məlumat üçün: https://president.az/az/articles/view/56429 
Keçidlər