Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun kommunal infrastrukturu gücləndirilir

27 oktyabr 2026 | 16:13

Neftçala rayonunda ətraf mühitin mühafizəsi, yaşayış məntəqələrinin təmizliyinin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf ərazilərin abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rayon ərazisində məişət tullantılarının daşınmasının səmərəliliyini artırmaq, tullantıların vaxtında və tam həcmdə daşınmasını təmin etmək və ərazilərdə sanitar vəziyyəti yaxşılaşdırmaq məqsədilə kommunal infrastrukturunun gücləndirilməsi istiqamətində əlavə tədbirlər həyata keçirilir, müasir tipli məişət tullantıları konteynerlərinin sayının artırılması təmin edilir. Neftçala rayonunda yeni, müasir və iri ölçülü olan  məişət tullantıları konteynerlərini ehtiyac olan ərazilərdə quraşdırılması həyata keçirilir və bu istiqamətdə işlər davam etməkdədir.  Əsas məqsəd rayonumuzun təmiz saxlanılmasına, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji və sanitar mədəniyyətin formalaşmasına xidmət etməkdir.
Neftçala şəhərinin Heydər Əliyev prospektində, Samid İmanov, Məhəmməd Əsədov, Üzeyir Hacıbəyov, Ağaşirin Cəfərov, Nizami Gəncəvi və digər küçələrində məişət tullantılarının daha nizamlı şəkildə toplanması məqsədilə ictimai zonaların müəyyən edilmiş sanitar normalarına uyğun məsafələrdə quraşdırılan yeni konteynerlər mövcud infrastrukturun təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir. Yeni konteynerlərin istifadəyə verilməsi rayonun kommunal təsərrüfat sektorunda işlərin daha səmərəli qurulmasına, tullantıların vaxtında daşınmasına, yaşayış məntəqələrində təmizliyin qorunmasına, ətraf mühitin mühafizəsinə imkan verəcək, sakinlərin rahatlığına zəmin yaradacaqdır. Hazırda rayonun digər yaşayış məntəqələri üzrə müəyyən edilmiş ərazilərdə yeni konteynerlərin quraşdırılması istiqamətində işlər həyata keçirilir.

Keçidlər