Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması davam etdirilir

03 sentyabr 2022 | 09:51
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qayğı və diqqətinin nəticəsidir ki, içməli su təchizatı sektorunda həyata keçirilən layihələr artıq bütün ölkəni, o cümlədən, Neftçala rayonunu da əhatə edir.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.2-ci bəndi ilə verilmiş tapşırığın icrası ilə bağlı “Azərsu” ASC-i tərəfindən Neftçala şəhərinin su təchizatı ilə əlaqədar hazırda müvafiq tədbirlər davam etdirilir. “Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.12.2019-cu il tarixli, 1678 nömrəli Sərəncamı ilə “Azərsu” ASC-nə ilkin olaraq ayrılmış 5,0 (beş) milyon manat vəsait hesabına “Azərsu” ASC-nin sifarişi əsasında “Azəraqrartikinti” ASC-i tərəfindən Salyan rayonundan Neftçala rayonuna 39,7 km müxtəlif diametrli su boru xətti çəkilib, Salyan rayonunda 1 ədəd 7500 m3 tutumlu yeni su anbarı tikilib, 14 yaşayış məntəqəsinə yeni çəkilən su boru xəttindən modul tipli su təmizləyici qurğular vasitəsilə əhaliyə içməli suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərində layihə çərçivəsində su şəbəkəsinin tikinti-quraşdırma işləri ilə bağlı nəzərdə tutulan 88995,70 metr plastik borudan 61301,70 metr çəkilib, 6000 ədəd sayğacdan 231 ədədi quraşdırılıb, 6000 ədəd ev birləşməsindən 1238 ədədi təmin edilib. Neftçala şəhərinin M.Ə.Rəsulzadə, M.Ə.Sabir, Samid İmanov, Nizami küçələrində, Neftçala rayonunun Kürkənd kəndində və Bankə qəsəbəsində ümumilikdə 9 ədəd tullantı su nasos stansiyası üçün anbar meydançasının, 1 ədəd yeni kanalizasiya nasos stansiyasının inşası və 28435,0 metr müxtəlif diametrli boruların çəkilməsi ilə kanalizasiya şəbəkəsinin tikinti-quraşdırma işləri həyata keçirilir. Layihə çərçivəsində nəzərdə tutulan 28435,0 metr metr borudan 34552,50 metr çəkilib, 480 ədəd baxış quyusundan 85 ədədi, 860 ədəd abonent quyusundan 7 ədədi təmin edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun rəhbərliyi ilə “Azərsu” ASC-nin məsul şəxslərinin, “Azərsu” ASC-nin sifarişi ilə rayon ərazisində su şəbəkəsinin tikinti-quraşdırma işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə, Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təqdim edilən layihələr müzakirə edilib, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər, qarşıya çıxan problemlər təhlil olunub, layihə üzrə bir sıra məqamlara aydınlıq gətirilib. İşgüzar və dialoq çərçivəsində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, təqdim edilən layihə üzrə xüsusi əhəmiyyət kəsb edən detallara toxunaraq fikir mübadiləsi aparmaqla “Azərsu” ASC-nin məsul şəxslərinə müvafiq tövsiyələrini bildirib.
Keçirilən görüş zamanı təsdiq edilmiş layihə əsasında nəzərdə tutulan Neftçala rayonunun Bankə qəsəbəsində hər bir evə birləşmənin verilməsi və sərfölçən cihazın quraşdırılması ilə su təchizatı şəbəkəsinin inşası, 27 kənd yaşayış məntəqəsində mövcud modul tipli su təmizləyici qurğularının çıxış xətlərinə birləşmə verilməsi ilə su xətlərinin inşası və 8 ədəd əks-osmos tipli təmizləyici qurğunun quraşdırılması ilə ilə bağlı məsələlər geniş müzakirə olunub. Sosialyönümlü layihə çərçivəsində artıq Neftçala rayonunun Bankə qəsəbəsində layihə əsasında su şəbəkəsinin tikinti-quraşdırma işlərinə start verilib, qəsəbə sakinlərinin içməli su təminatı ilə bağlı tədbirlər davam etdirilir.
Keçidlər