Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun Bankə qəsəbəsində “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib

04 noyabr 2023 | 20:15
Neftçala rayonunun Bankə qəsəbəsində “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib.
Neftçala rayonun Bankə qəsəbəsində “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda görüş keçirilib.
Görüşdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, təhsil işçiləri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib və məktəblilərin hazırladıqları sərgilərə baxış keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayon sektorunun müdiri Nicat Cəfərov, Neftçala rayon Z.Əsgərov adına Aşağı Surra tam orta məktəbin tarix müəllimi Firdovsi Tağıyev, F.Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta tam məktəbin direktoru Rəhim İmanov, Vətən müharibəsi iştirakçısı Mirzəqurbanlı kənd ümumi orta məktəbinin müəllimi Muradov Murad Vətən müharibəsində əldə olunan Zəfər qələbəmizdən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətindən, rəşadətli Azərbaycan Ordusunun yüksək ruhla döyüşməsindən, xalqımızın dəmir yumruq kimi birləşməsindən və bu qələbə xalqımızın özünə olan inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirməsini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Respublikamız 20 ildir Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolundan, cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsində həll olunması, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işləri haqqında görüş iştirakçılarına geniş məlumat verib və tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edib.
Tədbir məktəblilərin hazırladıqları kompazisiyalar ilə davam edib.
 
 
 
Keçidlər