Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun Ağsaqqallar şurasının iclasları keçirilir

02 mart 2023 | 10:14
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tövsiyyələrinə uyğun olaraq rayon ərasində ağsaqqalarla sıx əməkdaşlıq əlaqələrinin qurulması və onların təcrübələrindən istifadə etmək və Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin canlandırılması məqsədilə rayonun Xıllı, Bankə qəsəbələrində, Tatarməhlə, Yenikənd, Aşağı Surra və Cəngan kəndlərində ağsaqqalarla görüş keçirilib.
Görüşdə Neftçala RİH-in məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının sədri, üzvləri və ağsaqqallar iştirak edib.
Görüş zamanı Ulu Öndər Heydər Əliyevin ağsaqqalara olan böyük etimadından, diqqətindən, qayğıdan və bu etimadın, diqqətin, qayğının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb. Xalqımızın ağsaqqallıq ənənələrini bu günə qədər qoruyub saxlanılmasından, ağsaqqalların gənc nəslin tərbiyəsində, milli- mənəvi dəyərlər sisteminin formalaşdırılmasında və digər məsələlərin həllində yaxından iştirakından, ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşməsində və cəmiyyətimizin inkişafı naminə hər zaman dəstək olmaq vurğulanıb.
Görüşün sonunda Xıllı qəsəbəsi üzrə Ağsaqqallar şurasının sədri Vidadi Həmzəyev, Bankə qəsəbəsi üzrə Ağsaqqallar şurasının sədri Baloğlan Ağamalıyev, Tatarməhlə kəndi üzrə Ağsaqqallar şurasının sədri Fəxrəddin Nəzirov, Cəngan kəndi üzrə Ağsaqqallar şurasının sədri Nizami Nəsirov, Aşağı Surra kəndi üzrə Ağsaqqallar şurasının sədri Həsən Nədiyev və Yenikənd kəndi üzrə Ağsaqqallar şurasının sədri İbrahim Dadaşov seçilib.
Keçidlər