Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun 4 gənci müxtəlif döş nişanları ilə təltif olunublar

26 iyul 2023 | 09:13

Neftçala rayon ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarından 4 nəfər gənc Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmrilə 2 nəfər qızıl və 2 nəfər gümüş döş nişanları ilə təltif olunublar.
Qızıl döş nişanları ilə təltif olunan Süleymanzadə Əvəzağa Dəmir oğlu 18 avqust 2006-ci ildə Neftçala rayonu Bala Surra kəndində anadan olub, Seymur Süleymanov adına Ərəbqardaşbəyli kənd tam orta məktəbinin 11-ci sinif məzunudur. İsayev Şövqi Əli oğlu 19 iyul 2006-cı ildə Neftçala şəhərində anadan olub, Neftçala şəhəri Elton Həbibov adına şəhər 4 saylı tam orta məktəbin 11-ci sinif məzunudur.

Gümüş döş nişanları ilə təltif olunan İsgəndərli Elşən Qabil oğlu 21 may 2006-cı ildə  Neftçala şəhərində anadan olub, Neftçala şəhəri Elton Həbibov adına şəhər 4 saylı tam orta məktəbin 11-ci sinif məzunudur. Səfərov Elton Seyran oğlu 25 may 2006-cı ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadna olub, Xıllı qəsəbə Rafiq Gözəlov adına 1 saylı orta məktəbin 11-ci sinif məzunudur.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından təltif olunan gənclərimizi təbrik edirik və yeni nəaliyyətlər arzulayırıq.

Keçidlər