Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici görüş keçirilib

23 fevral 2023 | 15:15
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın təşkilatçılığı ilə Ağaşirin Cəfərov adına Astanlı kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Aşağı Qaramanlı kənd İƏD üzrə nümayəndəliyinin, Rayon Polis Şöbəsinin, Neftçala rayon MX PHŞ-nin məsul şəxsləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
İlk öncə Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edənlər bu gün yeniyetmələr və gənclərin zərərli vərdişlərlə bağlı mütəmadi maarifləndirilmələri ilə bağlı həyata keçirilən dövlət siyasətindən, tütün məmulatlarından, spirtli içkilərdən, eləcə də ümumbəşəri bəlaya çevrilən narkotik vasitələrdən istifadəsinin insanın fiziki və psixoloji vəziyyətində yaratdığı fəsadlar barəsində görüş iştirakçıları ətraflı məlumatlandırıblar. Bu gün məktəb yaşlı uşaqların zərərli vərdişlərindən birinə çevrilən internet asılılığının yaratdığı fəsadlar, bunun da əksər hallarda psixoloji problemlərə, hətta kibercinayətkarlığa səbəb olması ilə bağlı videoçarx nümayiş etdirilib.
Görüş şagirdləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Keçidlər