Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Zəfər gününə həsr olunan sərgi keçirilib

06 noyabr 2023 | 18:57
Neftçala rayonunda Zəfər gününə həsr olunan sərgi keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər günü ilə əlaqədar olaraq şəhidlərimizin şəxsi əşyalarından ibarət sərgi təşkil olunub.
Sərgidə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olan hərbi qulluqçularımıza məxsus şəxsi əşyalarından, şəhidlərimizə həsr olunan müxtəlif çap materialları və gənc rəssamların vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov geniş nitqlə çıxış edərək Vətən müharibəsinin üçüncü il dönümü ilə əlaqədar Respublikamızda, o cümlədən rayon ərazisində keçirilən silsilə tədbirlərin, eyni zamanda Zəfər günü ilə əlaqədar qəhrəman şəhidlərimizə həsr olunan sərginin gənc nəslin vətənpərvərlik ruhda tərbiyəsində, gənclərin şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolu ilə daha yaxından tanış olmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftalıyeva, təqaüdçü Cahangir Abdullayev, Neftçala rayon Rəsm qalareyasının müdiri Gülmirə Səfərova çıxış edərək mədəniyyət sahəsinə və eləcə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin əməkdaşlarının ifasında vətənpərvər ruhlu kompozisiylarla davam edib.
Məlumat üçün bildiririk ki, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Zəfər günü ilə əlaqədar qəhrəman şəhidlərimizə həsr olunan sərgi növbəti günlərdə də davam edəcəkdir.
Keçidlər