Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Zəfər Günü”nə həsr olunan konsert proqramı və atəşfəşanlıq keçirilib

08 noyabr 2023 | 20:20
Neftçala rayonunda “Zəfər Günü”nə həsr olunan konsert proqramı və atəşfəşanlıq keçirilib.
Neftçala rayonunda “Zəfər Günü” nə həsr olunan geniş konsert proqramı keçirilib və atəşfəşanlıq nümayiş etdirilib.
Konsert proqramında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti və qonaqlar iştirak edib.
Neftçala rayonunda “Zəfər Günü” bayramı Azərbaycan Respublikasının Əməkdar Artisti Aybəniz Haşımovanın, sevilən müğənnilər Nərmin Kərimbəyovanın, Emil Bədəlovun, Nəfəsin, Dürdanə Ələkbərovanın, Kamran Zeynalovun, Rövşən Mehtiyevin, qiraətçi Zaur Manafovun və Süleyman Ruqiyevin musiqili konsert proqramı ilə davam edib.
Konsert proqramının sonunda atəşfəşanlıq nümayiş etdirilib.
Keçidlər