Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Zəfər Gününə həsr edilmiş tədbirlər çərçivəsində Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbində konsert proqramı təşkil edilib

07 noyabr 2023 | 16:24

Neftçala rayonunda Zəfər Gününə həsr edilmiş tədbirlər çərçivəsində Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbində konsert proqramı təşkil edilib.

Konsert proqramından öncə Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib və eyni zamanda Neftçala rayon MKS-nin vətənpərvərliyi özündə ehtiva edən kitab sərgisi ilə tanışlıq olub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov, RİH-nin məsul şəxsləri, YAP Neftçala rayon təşkilatı və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə iştirak edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibəti ilə təbrik etdi, şanlı qələbəmizin Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirdi, 2023-cü ilin Azərbaycanın ictimai-siyasi fikir tarixində bir çox əlamətdar günlərlə yadda qalacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonda Mirhəsən Seyidov Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun adını daşııyan mədəniyyət ocağının kollektivinə və şagird kontingentinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra tədbirdə iştirak edən Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov öz nitqində Zəfər Günün tarixi əhəmiyyətindən söz açaraq dövlətimizin yüksəlişində əsas müjdə olan, torpaqlarımızın azadlığı, “Zəfər Günü” - tarixi qələbəmiz münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun atası Vidadi İsmayılov, Vətən Müharibəsi iştirakçısı Xəyal Cəfərov çıxış edərək şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Çıxışlardan sonra Litvada keçirilən beynəlxalq musiqi yarışmasının qalibləri Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdləri Sultanlı Vüsal və Hüseynova Esmiraya Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov tərəfindən diplomlar təqdim edildi.
Tədbir Camal İsmayılov adına Uşaq-İncəsənət məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi.
Keçidlər