Neftçala rayonunda “Zəfər Günü” silsilə tədbirlərin keçirilməsi davam etdirilir
05 noyabr 2022 | 15:49
27 sentyabrın 2020-ci il tarixində düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsindəki qələbəmizin ikinci ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağsaqqallar şurasının və YAP-ın Neftçala rayon təşkilatının “Zəfər Günü” silsilə tədbiri keçirilib.
Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri və Vətən müharibəsi iştiraçıları iştirak edib.
İlk öncə Şəhidlər Xatirə Kompleksi ziyarət olunub və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə iştirak edənlər 44 gün davam edən Vətən Müharibəsinin hər günü Şanlı bir tarixdir və bu tarix Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu şəhidlərimizin canı, qazilərimizin sağlamlığı ilə 30 illik münaqişəni 44 günə sona çatdırdı. Zəfər Qələbəmizə imza atmaqla Azərbaycan Ordusu Azərbaycan xalqının qüdrətini bütün dünyaya sübut etdi.
Tədbirin sonunda “8 noyabr-Zəfər günü” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının bir qrup fəal üzvü Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olunub.