Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir

07 noyabr 2023 | 14:15

Neftçala rayonunda “Zəfər Günü” silsilə tədbirləri həyata keçirilir.

8 noyabr Zəfər günü ilə əlaqədar Təhsil Sektorunun tabeliyində olan ümumi təhsil müəssisələrinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilib.
 
Tədbirlərdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, müəllimlər, məktəblilər və məktəbəqədər təhsil müəssisələrinin körpələri iştirak edib.
 
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səslənib.
 
Ümumtəhsil məktəblərində və körpələr evi- uşaq baxçalarında Zəfər günü ilə əlaqədar inşa,rəsm,şeir müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Məktəb kollektivləri tərəfindən şəhid ailə üzvləri ziyarət olunub, şəhid ailələrinin və qazilərin iştirakı ilə silsilə görüşlər keçirilib, şagirdlər tərəfindən hazırlanan kompozisiyalar dinlənilib və Zəfər Günü haqqında geniş məlumat verilib.
Keçidlər