Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirilib

13 sentyabr 2023 | 18:31

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı 2022-2023-cü tədris ilində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüşüb.

Görüşdə Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.

Neftçala Rayon İcra Haikimiyyətinin başçısı Mirhəsən Seyidov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Müasir dünyamızda elm və təhsil hər bir ölkənin inkişaf səviyyəsini müəyyən edir. Təhsilin sosial-iqtisadi və mədəni inkişafdakı rolu hər gün daha da artır. Ümummilli Liderimiz Heydər Əliyev təhsilin vacibliyini önə çəkərək deyirdi ki, “İndi dünya intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır. Azərbaycanı elmi-texniki tərəqqi səviyyəsində inkişaf etdirmək üçün şübhəsiz ki, yüksək təhsilə nail olmalıyıq”. RİH-in başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ölkə təhsilinə göstərdiyi diqqət və qayğısından, bu qayğının nəticəsi olaraq rayonun ümumtəhsil məktəblərində aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verib.

Yüksək bal toplayan məzunlar, müəllimlər və valideynlər Ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət, qayğıya görə minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildiririk ki, 2022-2023-cü tədris ilində Neftçala rayon ümumtəhsil məktəblərindən məzun olan 662 nəfər şagirddən 405 nəfəri ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunların 72 faizi yəni 294 nəfəri tələbə adı qazanıb.Tələbə adı qazanan məzunlardan 8 nəfəri 600-dən yüksək bal toplayaraq Respublikamızın ali təhsil ocaqlarına qəbul olublar.

Neftçala RİH-i tərəfindən 2022-2023-cü tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq nəticələr göstərən tələbələr Fəxri Fərmanlarla təltif olunub və xatirə hədiyyələri təqdim edilib.

Görüşün sonunda yüksən nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.

Keçidlər