Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib

25 iyun 2025 | 16:33

Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun təşkilatçılığı, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin təşəbbüsü ilə Neftçala şəhər S.İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik” ili çərçivəsində “Yol hərəkəti qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib.

İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maarifləndirici görüşdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin məsul əməkdaşları, məktəb rəhbərliyi, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri, şagirdlər və müəllimlər iştirak edib.

Çıxışlarda “Yol hərəkəti haqqında” Qanunun tələbləri, nizam-intizam qaydalarına dair ətraflı məlumatlar verilib, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi üçün müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyü vurğulanıb. Eyni zamanda yol nişanları, piyadaların vəzifələri haqqında görüş iştirakçılarına geniş məlumat verilib, məktəblilərə yol keçərkən daha diqqətli olmaları tövsiyə edilib.

 Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər