Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi qeyd olunub
01 noyabr 2022 | 09:54
Partiyanın yubiley tədbirində Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Kamal Cəfərov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP-ın Mərkəzi aparatının məsul işçisi Ramil Mirzəyev, YAP-ın Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ilk ərazi partiya təşkilatının sədrləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərində ucaldılan əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb və ruhunu ehtiramla yad ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP-nın Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, YAP-ın üzvləri Oktay Kərimov, Ruhəngiz Nəcəfova, Milli Məclisinin deputatı Kamal Cəfərov, Milli Məclisinin deputatı Aydın Hüseynov YAP-ın yaradıcısı, Ümumilli Lider Heydər Əliyev tərəfindən 1992-ci ilin noyabr ayının 21-də təsis edilməsindən, onun həyat yolundan, Azərbaycan xalqı üçün verdiyi töhfələrdən, Ulu Öndərin yenidən hakimiyyətə gərələrək qardaş qırğınının qarşısının alınmasından danışıblar. Bu gün Ümumilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin Sərəncam və Fərmanlarına uyğun olaraq görülən işlər haqqında yubiley iştirakçılarını məlumatlandırıblar.
Çıxış edən Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov bildirib ki, YAP-ın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmasının, Azərbaycan xalqının böyük dəstəyi, istəyilə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsini və Respublikamızın inkişafında əvəzsiz rolunun olduğunu diqqətə çatdırıb. RİH-in başçısı YAP-ın ölkəmizin aparıcı siyasi qüvvəsi olmasını, öz sıralarında 773 mindən çox insanın birləşməsi və hər zaman bütün siyasi qərarlarda ölkəmizin, xalqımızın taleyüklü məsələlərinin həll olunmasında vacib rol oynayıb. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdə cənab Prezident İlham Əliyevin siyasi iradəsilə, ordumuzun qəhrəmanlığı ilə düşmən işğalında olan torpaqlarımız azad olundu və bu gün azad olunan torpaqlarımız abadlaşmaqda davam edir, bütün dünyanın diqqətini öz üzərinə cəlb edib.
Tədbir YAP-ın fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunması ilə davam edib. Partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına “Fəxri Fərman”lar, partiya sıralarına yeni qoşulanlara partiya vəsiqələri və Vətən müharibəsində medal alan bir qrup hərbi qulluqçuların medalları təqdim olunub.