Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda yazlıq və çoxillik əkinlərinin bəyan edilməsinə dair maarifləndirici tədbir keçirildi

11 fevral 2026 | 19:02

Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədlərinin,  Sudan İstifadəedənlər Birliklərinin rəhbərlərinin, fermerlərin iştirakı ilə yazlıq və çoxillik əkinlərin bəyan edilməsi mövzusunda Neftçala Rayon İcra Hakimiyyətində geniş tərkibdə maarifləndirmə tədbiri keçirildi.

Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi və memarlıq -tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən tədbirlərdən biri kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasından geniş söhbət açaraq ətraflı məlumat verdi.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Azərbaycan Respublikası ərazisində bütün növ subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilməsi, yazlıq və çoxillik əkin bəyanları başlanmasının və cari ilin 31 may tarixinə qədər davam edəcəyi barədə  rayon ərazisində fəaliyyət göstərən fermerlərin  eagro.az saytı və ya yonca tətbiqi vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri tərəfindən, eyni zamanda Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə, həmçinin KOB evlərinə müraciət etməklə əkinlərini bəyan edə bilmələri barədə məlumatlandırılması  və bu istiqamətdə Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi nümayəndəlikləri, bələdiyyə sədrləri tərəfindən zəruri dəstək göstərilməsi ilə əlaqədar müvafiq tövsiyələr, tapşırıqlar diqqətə çatdırıldı.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədli çıxış edərək əsasən dövrü olaraq fermerlərə subsidiya ödənişi üçün onların bəyan məlumatlarının monitorinq edilməsi və qiymətləndirilməsi, eyni zamanda rayon ərazisində fəaliyyətdə olan fermerlərin 2025-2026-cı ilin payızlıq əkini dövründə bəyanlarının yerində yoxlanılması məqsədi monitorinq qurupunun yaradılması barədə geniş məruzə edərək  bır sıra məqamlara toxundu. Eyni zamanda yazlıq və çoxillik əkinlərin bəyan edilməsi prosesində qarşıya çıxacaq çətinliklərlə bağlı fermerlərin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış 070 5472247 qaynar xətt əlaqə nömrəsinə müraciət etmələri tövsiyə olundu.

Keçidlər