Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

26 fevral 2024 | 19:05

Neftçala rayonunda Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub.

Neftçala şəhərinin mərkəzində yerləşən Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub, gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamına uyğun olaraq “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Neftçala Dövlət Rəsm qaleriyasının təşkil etdiyi Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, əsirlikdə olan Yaşar Abduləliyev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli, amansız faciəli səhifələrindən biri olduğunu, xalqımızın yaddaşına qara hərflərlə yazıldığı vurğulanıb. Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Otuz iki ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunub və bütün digər rayonlarımız tam azaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı şəhidlərinin qisasının alındığını, onların qanının yerdə qalmadığını bu ilin yanvarında telekanallara müsahibəsində Prezident İlham Əliyev bir daha bildirdi. Dövlətimizin başçısı bununla bağlı dedi: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolundan danışılıb, bu həqiqətlərin Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu diqqətə çatdırıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladığı “Qisas” tamaşası nümayiş etdirilib və tədbir iştirakçılarını bir daha o ağır günlərə qaytarıb, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad olunub.

Keçidlər