Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Xəmsə” Milli İntellektual oyununun final mərhələsi keçirilib

06 noyabr 2023 | 11:20
Neftçala rayonunda “Xəmsə” Milli İntellektual oyununun final mərhələsi keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin, Neftçala rayonu üzrə gənclər və idman sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan Regional nümayəndəliyinin Neftçala bölməsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar məktəblilər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “QAYIDIŞ” adlı Neftçala rayon birinciliyi keçirilib.
Birincilikdə rayonun tam orta məktəblərindən 16 komanda iştirak edib. İlk öncə hər birində dörd komanda olmaqla 4 seçim turu keçirilib, hər seçim turunda ən yüksək xal toplayan 4 komanda finala vəsiqə qazanıb.
Final mərhələsində seçim turlarının qalibləri S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbi təmsil edən – “ZƏFƏR” komandası, F.Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbi təmsil edən – “44-23” komandası, S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbin – “TUFAN” komandası və A.Cəfərov adına Astanlı kənd tam orta məktəbin – “PƏNC GƏNC” komandası öz qüvvələrini sınayıb.
Gərgin və maraqla keçən final mübarizənin sonunda “TUFAN” komandası I yerə, “44-23” komandası II yerə, “PƏNC GƏNC” komandası isə III yerə layiq görülüb.
Mükafatlandırma mərasimində finala yüksələr komandalar təşkilatçı qurumlar tərəfindən diplom, medal və kubokla təltif ediliblər.
Keçidlər