Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda voleybol idman növü üzrə rayon birinciliyinin finalı keçirilib

07 noyabr 2022 | 16:02
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsinə ehtiram olaraq Neftçala rayonunda idarə, müəssisə və təşkilatlar arasında voleybol idman növü üzrə rayon birinciliyinin final mərhələsi keçirilib.
Final oyunun keçirilməsində Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Voleybol idman növü üzrə final mərhələsində Xıllı qəsəbə komandası və Qaçaqkənd komandası qarşılaşıblar. Oyun yekun nəticəsinə əsasən Xıllı qəsəbə komandası oyunun qalibi olub.
Final mərhələsinin sonunda çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Ölkəmizin azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçməsini, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti, ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıqları nəticəsində düşmən işğalında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad olunmasından danışıb. RİH-in başçısı oyunun qaliblərini və digər komandaları təbrik edib və uğurlar arzulayıb.
Sonda qalib komandalar fəxri fərmanlar və medallarla təltif olunub, xatirə şəkili çəkilib.
Keçidlər