Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin il dönümü və yas mərasimi ilə əlaqədar olaraq ailələri ziyarət olunub

23 oktyabr 2022 | 09:13
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Vətən Müharibəsi Qəhrəmanı şəhid İsmayılov Camal Vidadi oğlunun, Mənəfov Şahmar Vidadi oğlunun, Əliyev Elçin Ələkbər oğlunun şəhadətə yüksəlməsinin ildönümü və Fətullayev Rafail Rüfət oğlunun yas mərasimi ilə əlaqədar olaraq ailələri ziyarət olunub.
Şəhidlərin il dönümlərinin və yas mərasiminin ziyarət olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidləriimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid İsmayılov Camal Vidadi oğlu 7 iyul 1984-cü il Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Camal İsmayılov hərbi xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi medalı, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medalları, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi medalı, "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Camal İsmayılov ölümündən sonra təltif edilib.
Şəhid Mənəfov Şahmar Vidadi oğlu 20 mart 1990-cı il Neftçala rayonunun Cəngan kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də Neftçala rayon Cəngan kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni və "Şücaətə görə" medalı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Şahmar Mənəfov ölümündən sonra təltif edilib.
Şəhid Əliyev Elçin Ələkbər oğlu 15 yanvar 1997-ci il Neftçala rayonu Mikayıllı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə Elçin Əliyev ölümündən sonra təltif edilib.
Şəhid Fətullayev Rafail Rüfət oğlu 22 mart 2003-cü il tarixində Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilməsi nəticəsində təxribatının qarşısını alarkən Kəlbəcər rayonu Alagöllər ərazisində qəhrəmancasına şəhid olub. Şəhid Fətullayev Rafail Rüfət oğlu 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid ailələrinə dərin hüznlə baş sağlığı veririk.
Keçidlər