Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin il dönümü qeyd olunub

01 iyun 2022 | 16:19
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayonu Dalğalı kəndində anadan olan İmanov Məmmədağa İqab oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid İmanov Məmmədağa İqab oğlu 04 aprel 2001-ci il Neftçala rayonu Dalğalı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2021-ci il iyun ayının 01-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Məmmədağa İmanov ölümündən sonra təltif edilib.
Keçidlər