Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin il dönümü ilə əlaqədar olaraq ailəsi ziyarət olunub
08 oktyabr 2022 | 09:47
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayonun Beştalı kənd sakini Muradov Habil Tahir oğlunun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq ailələri ziyarət olunub.
Şəhidlərin il dönümünün ziyarət olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Muradov Habil Tahir oğlu 12 mart 2002-ci ildə Neftçala rayonunun Beştalı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 08-də Neftçala rayonu Beştalı kənd qəbiristanlıqlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalları ilə ölümündən sonra Habil Muradov təltif edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid ailələrinə dərin hüznlə baş sağlığı veririk.