Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Vətən müharibəsi şəhidinin il dönümü və yas mərasimi qeyd olunub

03 oktyabr 2022 | 10:44
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala şəhər sakini Əsəgərov Samid Gülmalı oğlunun şəhadətə yüksəlməsinin və 1-ci Qarabağ müharibəsi qazisi Ağayev Loğman Yahya oğlunun ildönümü, sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Abdullayev Elvin Elçin oğlunun yas mərasimi qeyd olunub.
Şəhidin il dönümləri və yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Əsgərov Samid Gülmalı oğlu 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 03-də Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə Samid Əsgərov ölümündən sonra təltif edilib.
Abdullayev Elvin Elçin oğlu 2003- cü ilin may ayının 23-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub və düşmən təxribatının qarşısını alarkən Kəlbəcər rayonu ərazisində qəhrəmancasına şəhid olub. Şəhid Abdullayev Elvin Elçin oğlu 27 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Ağayev Loğman Yahya oğlu 26 yanvar 1975-ci il yanvar ayının 26-da Neftçala rayonu Bankə qəsəbəsində anadan olub və 1-ci Qarabağ döyüşlərində Horadiz şəhəri uğrunda gedən döyüşlərdə yaralanaraq II qrup əlillik dərəcəsi alıb. 3 oktyabr 2021-ci il tarixində vəfat edib və Neftçala rayonu Aşağı Qaramanlı kəndində dəfn olunub.
Neftçala RİH kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçularımızın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Keçidlər