Neftçala rayonunda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub
27 dekabr 2022 | 09:45
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayonu Bankə qəsəbə sakini Kəlbiyev Telman Yadigar oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Kəlbiyev Telman Yadigar oğlu 1988-ci il martın 24-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Dekabr ayının 26-da Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə Telman Kəlbiyev ölümündən sonra təltif edilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından şəhid ailələrinə dərin hüznlə baş sağlığı veririk.